22:02 28.09.2024 610

"Kehartın epizodunda təmiz penalti verilmədi" -Samir Abasov

"Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı. Referiden də xoşum gəlmədi. Onun qərarları da bizi xallardan etdi. Yanılmıram. Dəfələrlə epizodlara baxdım. Roy Kehatın epizodunda təmiz penalti verilmədi. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. "Neftçi" kimi komanda ilə görüşdə epizodlar da olur qapında. Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatçılıq var idi. Orada axsadıq”.

Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 8-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, gələcəkdə daha yaxşı çalışacaqlarına söz verib: “Bu bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Xallar itirmişdik, oyunlar da ruhsuz oyunlar idi. Məşqçilər və futbolçular da ruhsuz idi. Amma azarkeşlərimiz bizimlə birlikdə oldu. İstəyirdim ki, qalib gələk. Əfsuslar olsun ki, olmadı. Ən yaxşısına çalışacağıq. Söz verirəm".

Samir bəy oyundan öncə azarkeşlərlə keçirdiyi görüş haqda danışıb: ”Sırf mənimlə görüşməyə gəlmişdilər. Mənə dəstək olmuşdular. Yazıları görürlər, motivasiyamın düşdüyünü hiss edirlər, bilmirəm. Dedilər ki, şəhər olaraq yanındayıq. Nə olursa-olsun. Bunu hiss etmək hər məşqçiyə lazımdır”.

Abasov futbolçusu Rəhim Sadığova böyük inamı olduğunu qeyd edib: “Rezabala çox yaxşı oynadı. Tək o yox, hamısı yaxşı performans göstərdi. Rəhimə də inamım sonsuzdur. Bu periodu da keçəcək. Rəhimin keyfiyyəti, bacarığı var. Onun minusu var, özünə də demişəm, öz ab-havasından çıxmağa çalışmır. Öz oynadığı futbolu üstün sayır. Rəhimi yola da gətirəcəyik, ona inanırıq. Oyuna ehtiyatdan girməsi sırf Rəhim və Rövlan üçün atılan addım idi. Bəzi oyunçuların kənardan matça baxmağa ehtiyacı var. 

Futbolçuların üzüntələrini görürəm. Bizdə fiziki baxımdan disbalans var. Hamısı düzələcək. Hər şey yaxşı olacaq. Hamısı optimal vəziyyətə gəlsin. Alan Dias bir ilə yaxındır futbol oynamır. 

Bəziləri ilə ciddi danışdıq. Tresor Mossini əvəzediciyə göndərdik,. Məqsəd ağıllarını yerinə oturtmaq idi. Bizə ən çox motivasiyanı verən azarkeş idi. "Neftçi"yə qarşı oyunda niyə motivasiyalı olmalı deyiləm? Hamımız olmalıyıq”.

"Kimyaçılar"ın çalışdırıcısı "Neftçi" və "Sumqayıt" bu mövsüm istəniləni vermir. Qarşıdakı dövrədə "Neftçi" -"Sumqayıt" görüşü möhtəşəm səviyyədə geri dönəcək?” sualına belə cavab verib: “Epizodlarımız var idi. Ən azından yarı faizinin qola çevirsəydik, rahat danışardım. Böyükhesablı qələbə qazana bilərdik. Amma uduzmaq da mümkün idi. Futbolçuların göstərdiyi ruhu gördüm, bəyəndim. Bizdə bu çatışmırdı. Biz bütün oyunlara köklənməliyik”. 

O, növbəti oyun - “Qarabağ”la qarşılaşma haqda da danışıb: “Heç nə gözləməyəcəyik. Uduzmağı da göz qabağına alıb bəzi şeylər etməliyik. Çünki axırı daha pis ola bilər. Əsas olan ruhumuzu qaytarmalıyıq. Bizi bu cür oyuna görə tanıyırlar. Biz çox "klass" nümayiş etdirən kollektiv deyilik. Komandamız oyuna çıxanda oynamaq istəmir. İnsanlar bizi bu cür tənqid edirdi. Bu da haqlıdır. Qışa qədər komandanı yerinə oturtmalıyıq”.

46 yaşlı mütəxəssis hər iki komandanın çətin dönəm yaşadığını vurğulayıb: “İki autsayder oynayırdı. "Neftçi" haqda danışa bilmərəm. İxtiyarımda deyil. Öz oyunumuzu qaytarmaq istəyirik. İki komanda da yaxşı günlərini yaşamır. Bizə uğurlar”.

O, “Neftçi”dən yeni ayrılmış və hazırda klubsuz qalmış Qara Qarayevlə heç bir əlaqə saxlamadıqlarını qeyd edib: “Qara Qarayev hər bir kluba lazımlı futbolçudur. Hər klubun öz siyasəti, işi var. O qərarlara qarışa bilmərik. Qara ilə danışmamışıq. Heç bir əlaqəyə çıxmamışıq. Mənim komandamda olsa, çox sevinərəm”.

Mütəxəssis “Samir Abasovla klub prezidenti arasında narazılıq var?” sualına belə cavab verib: “Xeyr”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

Facebookdan bizi izləməyi unutmayın.
X