
"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Milsi Premyer Liqasının 8-ci turunda "Qarabağ"uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:3 hesablı məğlubiyyəti belə şərh edib:
"Qarabağ"ı təbrik edirəm, qələbəyə layiq idilər. Təəssüf ki, ilk 10 dəqiqədə oyuna kifayət qədər köklənə bilmədik və 2 qol buraxdıq. Ondan sonra hesabı bərabərləşdirmək çətin idi. İlk hissənin sonlarında qol vurduq. Bilirdim ki, ikinci hissədə qol şanslarımız olacaq. Təəssüf ki, iki əla fürsəti əldən verdik. Oyunçularımı təbrik edirəm. 0:3-dən sonra geridönüş etmək çətindir. Futbolçularım çox yaxşı oynadılar, çalışdılar ki, hesabı bərabərləşdirsinlər. Əlbəttə ki, uğursuzluğa görə məşqçi məsuliyyət daşıyır. Start heyətini mən seçirəm. Mən elə məşqçi deyiləm ki, hər futbolçunu 2-3 oyundan bir dəyişim. Bu gün qapıda Nicat Mehbalıyevə güvənmişdimsə, bu o demək deyil ki, Yusif İmanov pis çıxış edib. Sofia Çaklanın yerinə İqoru da oynatmışdım. Bu, faktdır, çox qol buraxırıq. Cəhd edirəm ki, nələrisə dəyişim. Daha yaxşı nəticələr istəyiriksə, bu qədər qol buraxmamalıyıq. Fakt odur ki, müdafiədə yaxşı çıxış etmirik. Amma hücumda yaxşıyıq".