
Azərbaycan 1-ci liqasında 5-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün 2 matç keçirilib.
"Cəbrayıl" MOİK-lə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. "Zaqatala" isə "Bakı Sportinq"ə qalib gəlib - 2:0
Qeyd edək ki, dünən "Karvan" "İmişli"ni 3:2 hesabı ilə yenibsə, "Qaradağ Lökbatan" - "Mingəçevir" dueli qolsuz heç-heçə ilə bitib. Tura sabah oynanılacaq 1 matçla yekun vurulacaq.
1-ci liqa, 5-ci tur
18 oktyabr (cümə)
“Cəbrayıl” – MOİK 0:1
Qol: X.Sadıxov, 7
“ASCO Arena”
“Zaqatala” – “Bakı Sportinq” 2:0
Qollar: J.Assumu, 61, R.İsmayılov, 90
Zaqatala OİK stadionu