"Kəpəz"in uzun müddət zədəli olan futbolçusu Elmir Tağıev komanda ilə məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı Gəncə təmsilçisinin mətbuat xidməti yayıb.
24 yaşlı yarımmüdafiəçi 10 gün fərdi şəkildə çalışdıqdan sonra kollektivə qoşulub.
Тibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamasına icazə verilib.
Qeyd edək ki, Elmir ötən mövsümdən "Kəpəz" в formasını geyinir. Gəncə klubu sabah Misli Premyer Liqasının XII turunda "Səbail"lə üz-üzə gələcək.