
Misli Premyer Liqasının 6-cı turunda "Neftçi"nin qonağı olacaq "Karvan-Yevlax" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında bölgə təmsilçisinin sözçüsü Bəhruz Musayev deyib:
"Heyətdə cəzalı futbolçu yoxdur. Qapıçı Pedro Mateuş, Coy Sleyd Mikels və Araz Abdullayev zədə səbəbindən "Neftçi"yə qarşı oynaya bilməyəcəklər".
Qeyd edək ki, sentyabrın 27-də "Neftçi Arena"da baş tutacaq "Neftçi" - "Karvan-Yevlax" matçının start fiti 19:00-da səsləndiriləcək.
Nihat