21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Şotlandiya oyunu qazaxıstanlı hakimlər briqadasına tapşırılıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş hakim Sayatu Karabayev olacaq.
Ona laynsmanlar qismində Yuri Tixonyuk ilə Yevgeni Belski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Şotlandiya matçı oktyabrın 14-də, saat 19:00-da "Liv Bona Dea" arenada keçiriləcək.