
"Kəpəz" bundan sonra ev oyunlarını Qəbələ şəhər stadionunda keçirməyəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin rəhbərliyi yolun uzaqlığını, təbii örtüklü meydandan istifadənin baha başa gəlməsini nəzərə alaraq daha sərfəli varianta üstünlük verib.
Komandanın artıq hansı məkana sığınacağı da bəllidir. Belə ki, "sarı-göylər" süni örtüklü Yevlax şəhər stadionuna pənah aparıblar.
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının 12-ci turunda Yevlaxda "Karvan-Yevlax"ın qonağı olacaq.
Nihat