
Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi olan "Sabah"ın futbolçusu Kahim Parris mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti yayıb.
Mükafatı futbolçuya 12-ci turun "Sabah" – "Şamaxı" matçından öncə PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev təqdim edib.