19:04 28.11.2025 3962

"Qarabağ"ın ÇL-də pley-offa yüksəlmək şansı böyükdür - Rəqəmlər yalan danışmır

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

UEFA Çempionlar Liqasının əsas mərhələsində sərgilədiyi çıxış və qazandığı nəticələrlə adından söz etdirən "Qarabağ" bu turnirdə son oyununu Neapolda son İtaliya çempionu "Napoli"yə qarşı keçirdi və 0:2 hesabı ilə uduzdu. Şübhəsiz, hazırda 7 xalı olan və pley-offa yüksəlmək şansını saxlayan "köhlənlər"in "Dieqo Armando Maradona" stadionunda reallaşan qarşılaşmadan da xalla ayrılmasını hamımız arzulayırdıq. Amma ÇL elə bir yarışdır ki, burada hər matçda nəticə əldə etmək müşkül məsələdir. Öncəki turda Bakıda "Qarabağ"la 2:2 hesablı bərabərliyə razılaşan "Çelsi"nin qonağı olan "Barselona" Kataloniyaya 0:3 hesablı yenilgi ilə qayıdıbsa, əlavə şərhə əlyeri qalmır. Yəni Azərbaycan çempionunun Neapolda uduzması hələ heç nə demək deyil və təmsilçimizi qarşıda daha 3 oyun gözləyir ki, bu da mümkün 9 xal anlamındadır.

"Qarabağ" "24-lük"də yerini qoruyur

Ağdam təmsilçisi hazırda pley-offda iştirak edəcək 24 komanda arasındadır. Yekunda ilk 8 pillədə mövqe tutacaq iştirakçılar adlarını birbaşa 1/8 finala yazdıracaqlarsa, aşağıdakı 16 kollektiv öz aralarında daha 8 güclünü müəyyənləşdirəcəklər. Maraqlıdır ki, "Qarabağ"la uyğun olaraq 6-cı və 7-ci turlarda Bakıda qarşılaşacaq "Ayaks"la "Ayntraxt" "24-lük"dən kənarda qalıblar. Təmsilçimizin sonuncu rəqibi - dünya nəhəngi "Liverpul" isə 13-cü sıradadır. 

Ötən mövsüm 11 xal bəs etmişdi

Hə, indidən yekun vəziyyətin necə olacağını dəqiqliklə təsvir etmək daha çox münəccimlik cəhdinə bənzəyər. Lakin bu da var ki, ötən mövsüm sonda hərəyə 11 xal toplayan 3 komanda - "Mançester Siti", "Sportinq" və "Brügge" pley-offda mübarizə aparmaq hüququ qazanmışdılar. Böyük ehtimalla, bu dəfə də 11 xal "xoşbəxtlər" arasında olmağa kifayət edəcək. Deməli, qalan 3 oyunda 4 xal toplayacaqları təqdirdə, "köhlənlər" də arzularına çata bilərlər. Riyazi təfəkkürlə yanaşsaq, 5 oyuna mümkün 15 xaldan təxminən yarısını - 7 xal toplamış Azərbaycan çempionu qalan 3 görüşdən də azı 4 xal yığmağa qadirdir. Doğrudur, futbolda yalnız riyazi hesablamalarla hədəfə çatmaq olmur, ancaq rəqəmlər adətən yalan danışmırlar.  

"Ayaks" o "Ayaks" olmasa da...

Niderlandın ən məhşur klubunun durumu göz önündədir. "Qarabağ"la dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq Amsterdam təmsilçisi yaxşı günlərini yaşamır. Paytaxt klubu ÇL-də xal qazana bilməyən yeganə iştirakçıdırsa, Eredivizyadakı vəziyyət də o qədər də ürəkaçan deyil. 13 oyuna 20 xal toplayan "Ayaks" Niderland çempionatının turnir cədvəlində 20 xalla 5-ci pillədə qərarlaşıb. Şübhəsiz, bu, sözügedən kollektiv adına arzulanmayan mənzərədir. Bir sözlə, indiki "Ayaks" o "Ayaks" deyil. Hərçənd məşqçi qismində işinin öhdəsindən gələ bilməyən Con Heytinqa artıq postundan uzaqlaşdırılıb. "Qarabağ"ın rəqibinə yeni çalışdırıcı təyinatına qədər müvəqqəti olaraq Fred Qrim rəhbərlik edir. Bəli, hətta ən uğursuz dönəmində belə, "Ayaks"ı "asan yem" statusu isə dəyərləndirmək absurddur. "Qarabağ" niderlandlıları böyük zəhmət bahasına və özünün ən yaxşı versiyası kimi mücadilə edəcəyi təqdirdə, yenə və daha 3 xal qazana bilər. 

"Ayntraxt" "div" deyil

"Qarabağ" 7-ci və 8-ci turların oyunlarına gələn ilin yanvarında çıxacaq. "Ayaks"ı yenmək mümkün olsa, yeni ilin ilk ayının 21-də Bakıda reallaşacaq qarşılaşma - "Ayntraxt"la matç inanılmaz dərəcədə əhəmiyyətli olacaq. Bundesliqa təmsilçisi orta səviyyəli Avropa klubudur. "Alman intizamı" təyini frankfurtlular üçün də keçərlidir. Başqa sözlə, nəinki Azərbaycan çempionunun, planetin heç bir komandasının bu rəqiblə oyun ərəfəsində əminliklə qələbədən danışması peşəkar yanaşma sayılmaz. Bununla belə, "Ayntraxt" "div" də deyil. "Çelsi"nin qələbə apara bilmədiyi Azərbaycanda istənilən komandanı üzməsi mümkündür. 

Tərəflərin yolları avrokuboklarda əvvəl də kəsişib. 2013-cü ildə UEFA Avropa Liqasının pley-off mərhələsində evdə "qartallar"a 0:2 hesabı ilə uduzan ağdamlılar qonaq qismində daha yaxşı təsir bağışlayıb - 1:2. Bu başqa məsələ ki, indki "Qarabağ" həmin vaxt Avropaya yeni-yeni ayaq açan "Qarabağ"dan azı 2 baş üstün komandadır. Maraqlıdır ki, ÇL-in turnir cədvəlində 4 xalla 28-ci yerdən boy göstərən "Ayntraxt" turnirdəki yeganə qələbəsini Türkiyə nəhəngi "Qalatasaray" üzərində qazanıb. Meydan sahibləri "sarı-qırmızılar"ı 5:1 hesablə darmadağınla məyus ediblər. 

Yuxarıda qeyd etdiyimiz kimi, lazım olan minimum daha 4 xal və iki ev oyununda bu nəticəyə nail olmaqdır. Düzdür, olduqca çətin missiyadır, lakin mümkünsüz deyil. Hətta mümkündür ki, təmsilçimiz "Ayaks"la qarşılaşmadan 1, "Aytraxt"la dueldən 3 xalla ayrıla və "Liverpul"la yanvarın 28-də "Enfild"də keçirəcəyi matça adını pley-offa yazdıraraq yollana bilər. 

Son söz əvəzi

ÇL-də mübarizə sona çatmamış son söz söyləməyə çalışdığımızı düşünməyin. Yazını yekunlaşdırmaq üçün belə bir yarımbaşlıqdan istifadə etməyi uyğun saydıq. Hələ nə pley-off xəyalları suya düşüb, nə də "Qarabağ"a olan inam azalıb. Şər deməsən, xeyir gəlməz. Lap Qurban Qurbanovun yetirmələri qarşıdakı 3 oyunun hamısında məğlub olsalar belə, təmsilçimizin bu mövsüm yazılan ən yeni tarix fonunda haqq etdiyi təriflər qüvvədə qalacaq. İndilik isə ən yaxşısına ümid edək. "Qarabağ" yalnız bir futbol komandası yox, şirin xəyalları reallığa çevirən qəhrəmandır. Bilmək olmaz, hələ ən yeni tarix "Enfild"də də yazıla bilər. 

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 


 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 Sentyabr 2026
09:00

ÇL: "Qalatasaray" "Sportinq"lə üz-üzə, "Barselona" və "Napoli"nin ev sınağı

00:57

ÇL:"Real Madrid" "İnter"i əliboş yola saldı, "Sabah"ın rəqibindən çətin qələbə

08 Sentyabr 2026
23:58

Futbol tarixində hələ belə hadisə olmamışdı

23:13

Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar

22:51

Tehran Məmmədov dünya çempionatında qızıl medal qazandı

22:28

Azərbaycan millisi Yalovada beynəlxalq turnirdə iştirak edir

21:52

"UFC rəhbərliyi ilə hər şeyi razılaşdırmışıq" - Azərbaycanlı döyüşçü Fanat.Az-a danışdı

21:11

AFFA nümayəndəsi UEFA tərəfindən təyinat aldı

21:04

II Liqa: "Difai" son dəqiqələrdə sevindi, "Hypers"dən darmadağın

20:46

Lyuis Hol "Nyukasl"da qalır

20:22

Forma sponsorluğu üçün "Türk Hava Yolları" ilə razılıq əldə olundu

19:50

Onyeka Obijohn "Karvan-Yevlax"da

19:28

Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir

18:56

"Qızıl top"un namizədləri bəlli oldu

18:15

"Neftçi" heyətini gücləndirdi

17:54

Gənclər futbolunda oyun formatları müzakirə olundu

17:36

Füzuli Məmmədov: "Karvan"la oyuna da qələbə üçün çıxacağıq"

17:18

"Mançester Yunayted" Alabanı istəmir

16:59

"Fanat.Az Liqası"nda 4-cü turun qalibi: "Bu, klublara və sahibkarlara böyük təkan oldu"

16:41

Elçin Mustafayev: "Məqsədimiz "Şahdağ Qusar"la oyunda qələbə qazanmaqdır"

16:23

"Səbail" Fransa III Liqasından futbolçu transfer etdi

16:05

Gəncədə birdəqiqəlik sükut olacaq

15:49

İdris İnqilablı: "Neftçi"dən xal almaq bizim üçün yaxşı motivasiya olar"

15:31

U-19-un planları bilindi: Əvvəl Qəbələ, sonra Sloveniya

15:12

AFFA İntizam Komitəsi 4 klubu cərimələdi

14:54

Tural Cəlilov: "Xal qazanmaq istəyirik"

14:36

Mateuş Koxalski "Qarabağ"dan ayrıldı - RƏSMİ

14:17

"Sabah"ın MY ilə matçını bu hakimlər idarə edəcək

13:58

Samir Əliyev: "Sabah"ın Mançester səfərindən xalla qayıdacağı inandırıcı görünmür, amma..."

13:40

Məşqçiliyə başlayan Hüseyn Axundovun yeni iş yeri bilindi

13:22

"Sabah" MY-ni əks-hücumlarda tuta bilər" - Arif Əsədov

13:03

"Real Madrid" bu futbolçuları "İnter"ə qarşı oynada bilməyəcək

12:44

Mbappe: "Qızıl top"u qazanmağım sürpriz olmaz"

12:25

Azər Bağırov "Sumqayıt"la səfər matçından nə gözləyir? - AÇIQLAMA

12:06

Kapitan komandadan ayrıldı, karyerasını başa vurdu

11:48

Georgi Minaşvili "Sabahın ulduzları" haqda fikirlərini bölüşdü

11:29

Bülent Korkmaz Türkiyə klubu ilə yollarını ayırdı

11:10

İkinci Liqa: 2-ci tura yekun vurulur

10:51

Holand ÇL matçını buraxacaq

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X