
Bu gün Misli Premyer Liqasında mübarizə aparan "Araz-Naxçıvan" daha bir yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, Naxçıvan komandası təlim-məşq toplanışı çətçivəsində I Liqa təmsilçisi "Zaqatala" ilə üz-üzə gələcək.
Oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq. Matçın start fiti saat 13:00-da səsləndiriləcək.