
"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində sabah Bakıda "Ayntraxt"a qarşı keçirəcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu belə danışıb:
"Bu bizim üçün önəmli oyundur. Türkiyədə təlim-məşq toplanışımız oldu. İnanıram ki, sabahkı matçda istədiklərimizi həyata keçirə biləcəyik".