
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Sabah"ın rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, püşkün nəticələrinə əsasən Masazır təmsilçisi doğma azarkeşləri önündə İspaniya giqantı "Barselona", Almaniyanın "Borussiya Dortmund", İtaliyanın "Napoli" və Çexyanın "Slaviya" klublarını qəbul edəcək.
Azərbaycan çempionu səfərdə isə İngiltərənin "Arsenal", "Mançester Yunayted", İspaniyanın "Vilyareal" və Norveçin "Vikinq" klublarının qonağı olacaq.
Kamil Xudiyev