
İtaliyanın "Fiorentina" klubu "Mançester Yunayted"in hücumçusu Joşua Zirkzeni heyətinə qatmaq üçün hərəkətə keçib.
Fanat.Az insayder Matteo Morettoya istinadən xəbər verir ki, "bənövşəyilər" niderlandlı forvardı icarəyə götürmək üçün "qırmızı şeytanlar"a 5 milyon avroluq rəsmi təklif göndərib.
Zirkzenin İtaliya A Seriyasına geri dönməyə kifayət qədər müsbət yanaşdığı bildirilir.
Mançester təmsilçisinin bu təklifə verəcəyi cavab gənc hücumçunun gələcək taleyini həll edəcək.