18:04 30.01.2026 465

Azərbaycan çempionatının yayım keyfiyyəti artırılacaq- PFL açıqladı

Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqası matçlarının tamaşaçılar üçün daha rəngarəng olmasına hədəflənmiş pilot layihə həyata keçirəcək. 

Fanat.Az PFL-ə istinadən xəbər verir  ki, beynəlxalq "İnSports" şirkəti ilə sınaq anlaşmasına əsasən, yayım zamanı xüsusi qrafikalar tətbiq ediləcək.

Layihə iki qarşılaşmanı əhatə edəcək. Nümayiş üçün yanvarın 31-də keçiriləcək “Zirə” – “Sabah” və fevralın 1-də baş tutacaq “Qarabağ” – “Turan Tovuz” matçları seçilib. Pilot layihə PFL-in razılığına əsasən, Misli Premyer Liqasının rəsmi yayımçısı "CBCSport" ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq.

Yeni qrafika oyunun əsas taktiki və statistik məqamlarını canlı yayım zamanı vizual şəkildə təqdim etməklə, tamaşaçıların oyunu daha əhatəli, bol məlumatlı izləməsinə imkan yaradacaq. Qrafik elementlər standart vəziyyətlər, topa nəzarət dinamikası, mübarizələrin zonalar üzrə bölgüsü, hücum istiqamətləri və oyunçuların fərdi fəaliyyətləri ilə bağlı əlavə kontekst təqdim edəcək.

Pilot layihə çərçivəsində, həmçinin oyunçuların statistik kartları, penalti epizodları ilə bağlı məlumatlar və komandaların müdafiə xəttinin fəaliyyətinin dəyərləndirməsi kimi göstəricilər də efirdə əks olunacaq. Bu elementlər oyunun gedişini və taktiki xüsusiyyətlərini daha dolğun izah etməyə xidmət edəcək.

“İnSports” beynəlxalq şirkət olduğundan qarşı tərəfin futbolçularımızla bağlı müraciətinə əsasən, mövqe adları və bəzi abreviaturların təqdimatı zamanı auditoriyanın genişlik imkanı nəzərə alınaraq ingilis dilindən istifadə olunacaq.

Layihənin əsas məqsədi Misli Premyer Liqasının televiziya yayımının keyfiyyətini artırmaq və azarkeşlərə oyunun analitik tərəfini daha vizual və anlaşılan formada təqdim etməkdir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X