
Misli Premyer Liqasında XIX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə daha iki matç baş tutub.
"Turan Tovuz" "Karvan-Yevlax"la üz-üzə gəlib. Tovuz təmsilçisi minimal hesablı qələbəyə sevinib.
Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Fizuli Məmmədov fikirlərini jurnalistlərlə bölüşüb:
"Turan Tovuz" çox yaxşı komandadır. Rəqibi təhlil etmişdik. Bilirdik ki, necə hücum qururlar, necə müdafiə olunurlar. Uşaqlar yaxşı mübarizə apardılar, meydanda maksimum güclərini qoydular. Hər birinə təşəkkür edirəm. Belə oyunla uğur qazanmaq olar. Amma bir az da üstünə qoymalıyıq. Qarşıdakı matçlarda daha effektiv oynamaq üçün çalışacağıq. Bir epizodda bizim müdafiəçimizə açıq ayaqla zərbə oldu. Həmin epizodu daha diqqətli izləmək olardı. Ola bilər ki, hakimlər başqa cür dəyərləndirər. "Turan Tovuz"un qələbəsinə kölgə salmaq istəmirəm. Onları təbrik edirəm"