17:33 02.03.2026 406

AFFA "Neftçi"ni mübahisəli epizodların təhlili üçün müzakirəyə dəvət etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) son günlər hakim qərarları ilə bağlı yaranmış müzakirələrə münasibət bildirib.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə futbolunun ali idarəedici orqanı fəaliyyətini beynəlxalq standartlara, xüsusilə UEFA və FIFA prinsiplərinə uyğun şəkildə həyata keçirir.

Bildirilib ki, AFFA-nın əsas prioritetləri ədalətli oyun, şəffaf idarəçilik, bərabər münasibət və futbol ictimaiyyətinin etimadının qorunmasıdır. Son dövrlərdə Hakimlər Komitəsi və Hakimlər Departamentində aparılan islahatların da məhz bu prinsiplərin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Hakimlərin təyinatı, qiymətləndirilməsi və VAR prosedurlarının beynəlxalq təlimatlara uyğun icra olunduğu, proseslərin institusional əsaslarla daha da təkmilləşdirildiyi diqqətə çatdırılıb.

Açıqlamada o da xatırladılıb ki, ötən ilin sonunda qəbul edilmiş qərara əsasən, hər klub mövsüm ərzində mübahisəli oyun epizodları ilə bağlı VAR yazılarına baxış üçün üç dəfə rəsmi müraciət etmək hüququna malikdir. Qurum bu mexanizmin şəffaflığın artırılmasına və sualların institusional qaydada cavablandırılmasına xidmət etdiyini bildirib.

AFFA bəyan edib ki, son günlər "Neftçi" tərəfindən Misli Premyer Liqasının 2025/2026 mövsümündə hakim qərarları ilə bağlı etiraz xarakterli açıqlamalar yayılıb. Yaranmış vəziyyətdə spekulyativ məlumatların dövriyyəyə buraxılmasının və ictimai rəyə təsir cəhdlərinin qarşısını almaq məqsədilə Hakimlər Komitəsinin klubun təqdim etdiyi bütün mübahisəli epizodları peşəkar, obyektiv və hüquqi çərçivədə müzakirə etməyə hazır olduğu vurğulanıb.

Qurum bu məqsədlə "Neftçinin rəsmi nümayəndələrini AFFA-ya dəvət etdiyini, təqdim olunan epizodların detallı təhlilinin aparılacağını və mövcud sualların cavablandırılacağını bəyan edib.

Sonda AFFA bütün klubları birtərəfli açıqlamalardan çəkinməyə, emosional ritorika əvəzinə institusional dialoqa üstünlük verməyə və Azərbaycan futbolunda sağlam mühitin qorunması naminə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalmağa çağırıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X