
Misli Premyer Liqasının (MPL) 23-cü turu çərçivəsində bu gün "Sumqayıt"ı qəbul edəcək "Karvan-Yevlax" meydana 2 itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında bölgə komandasının sözçüsü Bəhruz Musayev deyib:
"Cəzalı futbolçu yoxdur. Samuel Durant və Əli Abdullayev zədə səbəbindən bu oyunda iştirak edə bilməyəcəklər".
Qeyd edək ki, "Karvan-Yevlax" - "Sumqayıt" qarşılaşması martın 7-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək. "Gənclik şəhəri" təmsilçisi MPL-in turnir cədvəlində 31 xalla 6-cı pillədə qərarlaşıbsa, 7 xala malik "Karvan" 12-ci - sonuncu sıradadır.
Toğrul