
Misli Premyer Liqasının (MPL) 23-cü turu çərçivəsində bu gün "Zirən"in qonağı olacaq "Kəpəz"in meydana neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "sarı-göylər"in sözçüsü Gəray Qiyasov məlumat verib:
"Məqsəd İsayev cəzalıdır. Ryonosuke Ohori isə zədə səbəbindən bu qarşılaşmanı kənardan izləyəcək".
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə" - "Kəpəz" qarşılaşmasının start fiti 18:30-da səslənəcək. Hazırda qəsəbə təmsilçisi MPL-in turnir cədvəlində 38 xalla 4-cü, Gəncə komandası 16 xalla 10-cu yerdədir.
Toğrul