14:56 09.03.2026 380

"Media" komandası "Dirçəliş Kuboku"nda növbəti mərhələyə yüksəldi

Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi "Dirçəliş Kuboku"nda qrup mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, 40 komandanın 4 qrupda mübarizə apardığı yarışda 16 komanda 1/8 finala yüksəlib.

Jurnalistlər və mətbuat işçilərindən təşkil olunmuş "Media" son turda "McDonalds"ı 5:2 hesabı ilə məğlub edərək xallarının sayını 16-a yüksəldib və bu qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. 

"Media"nın kapitanı, BakuTV-nin departament rəhbəri İman Məcidov bu uğurun onlara asan başa gəlmədiyini bildirib: "Qrupumuzda komandaların əksəriyyəti güclü idi. Bu üzdən son tura kimi mərhələ adlayacağımız bəlli deyildi. Son oyunda "McDonalds" üzərində qələbə qazanmaqla istəyimizə çata bilərdik ki, bunu da bacardıq. Heyətimiz bütünlüklə media işçilərindən qurulub. Aramızda jurnalistlərlə yanaşı, müxtəlif media qurumlarını təmsil edən texniki işçilər də var. Yəni, bütün futbolçular sırf mətbuatımıza bağlı insanlardır, kənardan kimisə dəvət etməmişik. Sevinirəm ki, bu mötəbər turnirdə mətbuatımızı layiqincə təmsil edə bilirik".

Komandanın baş məşqçisi, "525-ci qəzet"in şöbə müdiri İlqar Tağıyev isə məqsədlərinin medalçılar sırasına düşmək olduğunu söyləyib: "Düzü, komandanı yığmaq mənə həvalə olunanda, əvvəl tərəddüd etdim. Çünki bu, böyük məsuliyyət idi. Hər halda 15 nəfərlik heyəti topladıq və yarışa qatıldıq. Məqsədimiz qrup mərhələsini aşmaq idi ki, bunu bacardıq. İndi isə heyəti bir qədər gücləndirməklə mümkün qədər irəli getməyə, medalçılar sırasına düşməyi düşünürük. Qrupumuzda güclü rəqiblərin olmasına baxmayaraq, uşaqlar layiqli mübarizə apardılar, hər birinə, o cümlədən, bizə dəstək olanlara təşəkkür edirəm".

Qeyd edək ki, "Dirçəliş Kuboku"nda 1/8 final mərhələsinə aprelin 4-də start veriləcək. Bu mərhələdə "Media"nın rəqibi turnirin ən güclü komandalarından biri ADSEA olacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X