17:51 20.04.2026 870

"Karvan" da getmək istəmir

Misli Premyer Liqasında (MPL) komanda sayının artırılmasından sonra rəqabətin azalacağını güman edənlər yəqin ki, yanıldıqlarının fərqindədirlər. Hazırda "Sabah"ın ilk çempionluğunun biraddımlığında olması ölnəcədən proqnozlaşdırılmayan mənzərədirsə, debütant "İmişli"nin də elitanı tərk etmək təhlükəsi ilə üz-üzə qalmaması özlüyündə maraqlı həqiqətdir. Çempionatın sonuna 5 tur qalmış heç MPL-dən hansı komandanın düşəcəyi də dəqiqləşməyib. Diqqətçəkən faktdır, deyilmi?

Məlum məsələdir ki, növbəti mövsümə Birinci Liqada başlamaq ehtimalı ən yüksək olan kollektiv hazırda 14 xalla sonuncu pillədə mövqe tutan "Karvan-Yevlax"dır. Uzun fasilədən sonra Premyer Liqaya qayıdan Yevlax komandasının son turlarda ortaya qoyduğu performans isə sözün əsl mənasında, təqdirəlayiqdir. Sabiq baş məşqçi Azər Həşimovun formalaşdırdığı heyətlə heç bir perspektiv vəd etməyən, hələ noyabrda sonuncu yerdə qalacağı şübhə doğurmayan aran təmsilçisi həmin vaxt komandanın "sükanı arxası"na gətirilən Füzuli Məmmədovun rəhbərliyi altında həqiqətən fərqli futbol sərgiləyir. Qış fasiləsi dönəmində əcnəbi futbolçu transfer etməyən, başqalarına lazım olmayan 3 yerlinin heyətə qatılması ilə kifayətlənən bölgə klubu Məmmədovun canfəşanlığı sayəsində əməlli-başlı "dirilib".

Hə, "Karvan" son 2 turda 2 qələbə qazanaraq özündən yuxarı pillələrdə mövqe tutan "Kəpəz"lə "Qəbələ"nin belə desək, kürkünə birə salıb. Görünən budur ki, yanvarda 2-3 səviyyəli legioner gətirmək mümkün olsaydı, hazırda tam fərqli mövqedə qərarlaşardı. Füzuli bəyin nəyi və necə dəyişdiyini incələmək ayrıca yazı mövzusudur. Lakin onun heyətinə görə bütün digər iştirakçılardan geri qalan komandada gec də olsa, qalib mentaliteti formalaşdırmağı bacarması mütləq vurğulanmalıdır. Düzdür, qarşıdakı 3 matçdakı rəqiblərin adları böyük ümidlərə əsas vermir. Lider "Sabah"la səfər matçının ardından öz meydanında avrokuboklara susamış "Neftçi"ni qəbul edəcək "Karvan" ardından bu yay qitəmiqyaslı turnirlərdən birində tər tökəcəyi şübhə doğurmayan "Turan Tovuz"un qonağı olacaq. Son iki tur isə vəziyyətdən asılı olaraq çox şeyi dəyişə bilər. "Qəbələ" ilə ev, "İmişli" ilə səfər qarşılaşmaları xal hesabının artırılması baxımından diqqətçəkən qarşılaşmalardır. Hərçənd bu o demək deyl ki, 14 xalı olan "Karvan" "Sabah", "Neftçi" və "Turan"dan heç bir halda, xal almağı bacarmayacaq. Futbolda motivasiya inanılmaz dərəcədə önəmli amildir və Məmmədovun "drujina"sı bu gün çox böyük özünəinam qazanaraq ümidlənib.

Digər tərəfdən, 21 xalla 10-cu sıradan boy göstərən "Kəpəz"də klubdaxili ab-hava qaydasında deyil. Baş məşqçi Azər Bağırovun postunda qalıb-qalmayacağı bilinmir, mövcud qeyri-müəyyənlik və arzuolunmaz çəkişmələr komandanın çıxışına birbaşa təsir edir. "Karvan"ın bu rəqibini 27-ci turda 4:1 hesabı ilə üstələməsi də unudulmamalıdır.

"Qəbələ"yə gəlincə, artıq Kaxaber Tsxadadzenin uduzduğu oyunlardan sonra verdiyi açıqlamalar daha çox özünü sudan quru çıxarmaq cəhdlərinə bənzəyir. Gürcü mütəxəssisin "Sumqayıt"dan alınan məğlubiyyətin ardından kələfin ucunu itirdiyi şübhə doğurmur. 

Bu məqamları da nəzərə alsaq, futbolsevərləri olduqca maraqlı 5 tur gözləyir. "Karvan"ın növbəti qələbəsi fonunda digər ikisinin xal toplaya bilməməsi isə vəziyyəti daha da mürəkkəbləşdirə, elitada qalmaq uğrunda rəqabəti fantastik həddə çatdıra bilər. Bizə həvəslə izləmək, mövsümün son matçlarından mümkün qədər çox zövq almağı arzulamaq qalır.

Nihat 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:48

MPL: "Sabah"dan 5-ci qol - YENİLƏNİR

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X