
Xorvatiya futbolunun canlı əfsanəsi Luka Modriç milli komandadakı gələcəyi ilə bağlı son sözünü deyib.
Fanat.Az Xorvatiya Futbol Federasiyasına istinadən xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının növbəti oyunlarında yığmanın şərəfini qorumağa davam edəcəyini rəsmən təsdiqləyib.
Təcrübəli ulduzun bu qərarı xorvat azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Modriç irəliləyən yaşına baxmayaraq, yüksək səviyyədə çıxış etməyə hazır olduğunu növbəti dəfə nümayiş etdirib.