
Bu gün Bizon Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları "Zirə" - "Turan Tovuz" matçı ilə start götürüb.
Tərəflər arasında ilk oyun qəsəbə təmsilçisinin inamlı qələbəsi ilə başa çatmışdı. Cavab qarşılaşmasında isə qapılara qol vurulmayıb.
Zirə İdman Kompleksinin stadionunda keçirilən cavab oyununu Əli Əliyev idarə edib.
Qeyd edək ki, ikinci finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.
Bizon Azərbaycan Kuboku
1/2 final, cavab oyunu
21 aprel
“Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabarov, Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.
(İlk oyun – 2:0).
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 3. Enrike Silva, 9. Coş Cinnelli, 8. David Tavares.
Məşqçi: Yunis Hüseynov.