
Cari mövsüm 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin rəhbərliyi altında adından söz etdirən 1-ci Liqa təmsilçisi "Şəfa"nın uğurlarında böyük pay sahibi olan Emin Zamanovun aqibətinin necə olacağı bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sona 3 tur qalmış ən yaxın təqibçisi "Səbail"i 7 xal qabaqlayan, Premyer Liqaya vəsiqə qazanacağı real görünən liderin baş məşqçisi 28 yaşlı yarımmüdafiəçinin komandada qalmasını vacib sayır.
Hazırda Eminin bir neçə təklifi olsa da, onun özü də Kərəmlinin rəhbərliyi altında oynamaqdan məmnundur və iş yerini dəyişmək barədə düşünmür.
Cari mövsüm 1-ci Liqada 10 qol vuran Zamanov Azərbaycan Kubokunda da fərqlənməyi bacarıb. O, Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları qarşılaşmada da adını tabloya yazdırmağı bacarıb.
Toğrul