
Geridə qalan mövsümü "Şamaxı"da keçirən 5 futbolçunun aqibətinin necə olacağı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı "aslanlar"ın mətbuat xidməti yayıb.
Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb.
Sözügedən futbolçular məxsus olduqları klublara qayıdıblar.