
Azərbaycan təmsilçisi "Zirə"nin UEFA Konfrans Liqasındakı bütün təsnifat mərhələsi oyunlarının yayım hüququ "İdman Azərbaycan" telekanalına məxsus olacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt klubunun liqa mərhələsinə qədər keçirəcəyi həm ev, həm də səfər qarşılaşmaları bu kanal vasitəsilə canlı yayımlanacaq.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda turnirə iyulun 8-də Sumqayıt şəhər stadionunda Gürcüstanın "Torpedo" (Kutaisi) klubuna qarşı keçiriləcək ev oyunu ilə start verəcək. Bu qarşılaşmanın cavab görüşü isə iyulun 16-da Kutaisidəki Ramaz Şengelia adına stadionda baş tutacaq və hər iki matç saat 20:00-da canlı yayımlanacaq.
"Zirə" bu səddi keçəcəyi təqdirdə, iyulun 23-ü və 30-da oynanılacaq növbəti mərhələnin matçları da eksklüziv olaraq eyni telekanalda nümayiş etdiriləcək.
Fanat.Az