14:15 28.06.2026 182

"Əlimizdən gələni edəcəyik ki..." - Vernidub Varqasla bağlı son vəziyyəti də açıqladı

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub klubun mətbuat xidmətinə müsahibə verib. 

Fanat.Az-ın məlumatına görə, ukraynalı mütəxəssis öncə təlim-məşq toplanışının ilk mərhələsini dəyərləndirib:

“Elə alındı ki, biz UEFA Konfrans Liqasına ikinci mərhələdən başlayacağıq. Ona görə də oyunlarımız 23 və 30 iyul tarixlərində olacaq. Bu səbəbdən daha çox vaxtımız oldu və biz 8 günlük mikro tsiklimizə iyunun 20-də Bakıdakı təlim-məşq bazamızda başladıq. Təlim-məşq toplanışı keçdik. Düşünürəm ki, hər şey istədiyimz kimi alındı. Futbolçularla yaxşı işlədik. Əsas fundamentimizi elə qoyduq ki, işimizi davam etdirə bilək. Hər şey yeni başlayır. Toplanışın ilk mərhələsinin sonuncu günündə ikitərəfli oyun keçirdik. Birgünlük istirahətin ardından iyunun 29-da iki həftəlik təlim-məşq toplanışı keçmək üçün Sloveniyaya gedəcəyik. Orada isə daha çox texniki-taktiki gedişlər üzərində işləyəcəyik, oyunlar keçirib heyət formalaşdıracağıq. Sloveniyada 4 yoxlama matçı təşkil edəcəyik. İyulun 14-də geri qayıdacağıq. Daha sonra bir həftəlik mikrotsikldə ilk rəsmi oyunumuza hazırlaşacağıq”.

O, yay transfer dönəmində heyətə cəlb olunmuş futbolçular haqda təəssüratlarını bölüşüb: “Mən dekabrda “Neftçi”yə gələndən sonra biz çempionatın ilk hissəsini başa vurub təlim-məşq toplanışı keçmək üçün Əbu-Dabiyə getdik. O vaxtdan biz heyəti gücləndirmək üçün çalışmağa başladıq. Bilirdik ki, bizə yeni nəfəs lazım olacaq. Ona görə də geridə qalan 5-6 ay ərzində axtarışda idik. Bu müddətdə çalışan skautlarımıza da minnətdaram. Onlar əllərindən gələni etdilər ki, bu futbolçuları tapıb gətirsinlər, komandamızı gücləndirsinlər. İnanıram ki, bu transferlər bizi daha da gücləndirəcəklər. Onlar yaxşı transferlərdir. Məsələn, Rüfət Abbasov gənc oyunçudur, millinin də üzvüdür. Onunla hər şey yeni başlayır. Biz birlikdə çalışacağıq. Bildiyimə görə “Neftçi”nin yetirməsidir. Qravilyon da yaxşı mərkəz müdafiəçisidir. Həm sağ tərəfi, həm də, eyni zamanda, altılığı və səkkizliyi bağlaya bilər. Fikrimcə, yaxşı güclənmişik. Hücuma gəlincə, Klisman kollektivə çox yaxşı qatıldı. Onunla 8 gün çalışdıq və gördüm ki, çox peşəkar insandır. Zəhmətkeş və öz üzərində işləyəndir ki, biz də elə bunu istəyirdik. Həmçinin Lyubomir Tupta elə hücumçudur ki, bütün cəhbə boyunda – həm vinger, həm mərkəz hücumçusu, hətta “10” və “8” nömrə kimi də oynaya bilər. İstəyirəm ki, bizim futbolçuların profili geniş olsun. İstəmirik ki, sadəcə sol cinah müdafiəçisi olsun. Hər mövqedə oynamağı bacarmalıdırlar və lazım olanda bunu etməlidirlər. Onlar da istənilən mövqeni bağlamağa hazırdırlar. Düşünürəm ki, yeni transferlərimiz yaxşı futbolçulardır, “Neftçi”ni gücləndirəcəklər və onlarla birlikdə qarşımızda duran hədəflərə çatacağıq”.

Vernidub transfer işləri və “Neftçi” ilə icarə müddəti başa çatmış Freddi Varqasın mümkün keçidi ilə bağlı məlumat verib: “Hər gün işləyirik. Bizim çox yaxşı seleksiya şöbəmiz var. Onların işləri çoxdur, hər gün çalışırlar. Bizə yeni-yeni təkliflər göndərirlər, biz isə baxırıq, seçirik. Bu planda hər şey çox gözəldir. Seleksiya xidmətinin yüksək səviyyədə olmasından çox razıyam. Freddi Varqasa gəlincə, bilirsiniz ki, bizdə icarədə idi, amma icarədən sonra məxsus olduğu İsrail klubuna qayıtdı. Bəzi məsələlərlə bağlı suallar var, amma biz yenə də gözləyirik. Klub rəhbərliyi bu məsələ üzərində çalışır. Mümkündür ki, hər şey istədiyimiz kimi alınsın, yəni Varqas geri qayıdıb əvvəlki kimi komandamıza kömək etsin. Xüsusilə, son 9 oyunda hücumçu mövqeyində oynayırdı. Düşünürəm ki, bununla heyətimiz daha yaxşı güclənmiş olar. İndi bu barədə başqa bir şey deyə bilməyəcəyəm, amma klub rəhbərliyi bu məsələ üzərində çalışır”.

Təcrübəli mütəxəssis onunla müqavilə müddətinin artırılmasına da münasibət bildirib: “Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə böyük etimad göstərdilər. Yeni müqavilə ilə bağlı sual verəndə onlara demişdim ki, əgər hər şey yaxşıdırsa, yeni müqaviləyə niyə qol çəkməyək?! Burada məni hər şey qane edir. Bakı gözəl şəhərdir. Azərbaycan çempionatı heç də pis deyil, hətta deyim ki, güclü çempionatdır. Komandalar qarşılarına ən yüksək hədəfləri qoyurlar. Bu mənim üçün çox maraqlıdır. Çox yaxşı layihədir. Mən də dərhal razılıq verdim. Yeni müqavilə və göstərilən etimada görə klub rəhbərliyinə bir daha təşəkkür edirəm. Bilirsiniz ki, 1 illik müqaviləm var idi, artıq anlaşma müddəti 2 illikdir. Buna görə də məşqçi heyəti və futbolçularla birlikdə daha çox çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” layiq olduğu yerdə qərar tutsun. Bu da, bilirsiniz ki, ən yüksək mövqelərdir”.

Baş məşqçi böyük dəstəyə görə azarkeşlərə təşəkkür edib: “Ağlasığmaz dəstəyə görə azarkeşlərə minnətdaram. Çempionatda bizə çox böyük dəstək verdilər. Onlarsız bizim üçün çox çətin olardı. Bununla belə, istərdim ki, bizi daha çox dəstəkləsinlər, oyunlarımıza gəlsinlər. İstərdim ki, “Neftçi”nin stadionu həmişə tam dolsun. Həqiqətən də, tribunalarda çox adam olanda, hamı bizim kluba azarkeşlik edəndə çox gözəl olur. Hər kəs üçün çox maraqlı olur. Ötən mövsümə görə azarkeşlərə bir daha təşəkkür edirəm və yeni mövsümdə daha da yaxşı olmaqlarını diləyirəm. Bizim matçlara gəlin, biz də əlimizdən gələni edəcəyik ki, sizin üçün maraqlı və sevincli olsun”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

28 İyun 2026
15:40

Dubla imza atdı, oyunun ən yaxşısı adına layiq görüldü

15:02

Hesabı açdı, matçın ən yaxşı oyunçusu oldu

14:43

Keyn Ronaldunu geridə qoydu

14:15

"Əlimizdən gələni edəcəyik ki..." - Vernidub Varqasla bağlı son vəziyyəti də açıqladı

13:38

Pley-offa yüksələn Əlcəzairin baş məşqçisi nə danışdı?

13:19

"Son 90 saniyədə yaşananları ifadə etməyə söz tapa bilmirəm" - Ralf Ranqnik

12:42

"Qrup mərhələsində Argentinaya qol vuran yeganə komanda bizik"

12:08

Futbol tarixində Messi kimisi olmamışdı

11:39

Skaloni Argentinanın qələbəsini belə şərh etdi

11:23

Messi qrup mərhələsinin bombardiri oldu - Şərikli rekordçulara çata bildimi?

10:55

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri bilindi

10:17

DÇ-2026: Messi yenə qol vurdu, Argentina pley-offa maksimum nəticə ilə adladı

09:58

DÇ-2026: Konqo DR tarixində ilk dəfə pley-offda

09:00

DÇ-2026: İngiltərə millisi Panamanı, Xorvatiya seçməsi Qananı yendi

01:06

“Bu istəklə və templə davam edəcəyik” - Qurban Qurbanov

00:41

Meyson Qrinvud qərarını verdi: "Fənərbağça", yoxsa "Roma"?

00:02

Rafael Fiziyev 100 min avro qazandı

27 İyun 2026
23:42

"Beşiktaş" Kassum Ouattara transferində sona yaxınlaşır

23:15

UFC Bakı: Rafael Fiziyev ikinci raundda Manuel Torresi nokaut etdi

22:11

DÇ-2026: Argentina, Portuqaliya və İngiltərə növbəti sınağına çıxır

21:48

Qətərdən dünya çempionatında görünməmiş jest

21:43

“Neftçi”nin yeni mövsüm ev forması – “Əfsanə zolaqlı”

21:06

"Çelsi" 55 milyon avroluq transferi bitirir

20:59

Yeni transfer "coşdu", "Qarabağ" darmadağına sevindi

20:12

Fərman Həsənov parlaq qələbədən sonra nə danışdı?

20:09

Məsut Özil TFF prezidentliyinə namizəddir

19:30

"Fənərbağça" Tovuza gəlir

19:11

Okan Buruk "Qalatasaray"a Omar Marmuşu istəyir

18:54

"Brentford" Ceydon Entonini 20 milyon funt-sterlinqə transfer edir

18:03

Tahir Abdullayev: Mən ona "kişi kimi döyüş, qaçma" dedim"

17:50

"Barselona"nın yarımmüdafiəçisi İtaliya yolunda - SON DURUM

17:02

"Neftçi" hazırlığın ilk mərhələsini yekunlaşdırdı

16:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:13

"Pley-offda Argentina və Messiyə qarşı oynamaq imkanı möhtəşəmdir" - Kabo-Verdenin baş məşqçisi

15:48

Bakıda UFC həyəcanı: Rafael Fiziyev meksikalı döyüşçüylə qarşılaşır

15:01

Uruqvayı "dəfn edən" Muslera üzr istədi: "Uğursuzluq növbəsi mənim idi"

14:30

İran millisinin üzvü Misirlə oyunun ən yaxşısı seçildi

14:04

"Qarabağ"ın Avstriya təmsilçisi ilə oyununu hansı kanal yayımlayacaq?

13:45

"Uruqvay futboluna heç nə verə bilmədim" - Byelsa

13:16

Leandro Andrade "Qarabağ"dan getdi - Yeni klubu da bəllidir

Facebookdan bizi izləməyi unutmayın.
X