
Ötən mövsümün yekunlarına əsasən Premyer Liqanı tərk edən "Karvan-Yevlax"dan ayrılan müdafiəçi Eltun Turabovun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı müdafiəçi qarşısına 1-ci Liqada çempion olmaq hədəfi qoyan "Səbail" ilə anlaşıb.
Məlumatı klubun mətbuat xidməti yayıb. Eltun ilə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Turabov ötən mövsüm Misli Premyer Liqasında 29 matça çıxaraq 1 qol vurub.