
Yeni mövsümdə böyük büdcə ilə çempionluq uğrunda mübarizə aparacaq MOİK heyətini gücləndirməyə davam edir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "hərbçilər" heyətə daha iki futbolçu qatıblar.
Bunlar mərkəz hücumçusu Elşad Tağıyev və yarımmüdafiəçi Ceyhun Muxtarlıdır. Hər iki futbolçu ötən mövsümü "Baku Sportinq"də keçirib.
Daha öncə "Şəfa"dan ayrılan 3 futbolçunun - Emin Zamanov, Ruslan Hacıyev və Zahid Mərdanovun da MOİK-lə anlaşdığı bəlli olub.
Xatırladaq ki, nazirlik komandası son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan klubu hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.
Toğrul