
"Mənim də "Zaqatala" ilə müqaviləmin müddəti başa çatıb, ötən mövsüm heyətdə olan bütün futbolçuların da. Hələ komanda ilə bağlı heç bir xəbər yoxdur".
Bunu Fanat.Az-a açıqlamasında Pro kateqoriyalı məşqçi Rüstəm Məmmədov deyib.
Məmmədov rəhbərliyin onunla əlaqə saxlamadığını da bildirib: "Komandanın nə vaxt yığışacağı, mənim burada qalıb-qalmayacağım da bəlli deyil. Rəhbərlikdən mənimlə əlaqə saxlayan olmayıb. Söylədiyim kimi, müqaviləm bitib. Düzü, bir-iki başqa təkliflər də olub, amma o komandalara getməkdə hər hansı bir perspektiv görmürəm. Hazırda gözləmə mövqeyindəyəm. Normal təkliflər olsa, dəyərləndirməyə hazıram".
Xatırladaq ki, "Zaqatala" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 28 xalla 7-ci yerdə başa vurub.
Nihat