
"İmişli" qapıçısı Hüseynəli Quliyevlə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Qolkiper karyerasını "Zirə"də davam etdirəcək. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu daha əvvəl "Sumqayıt" və "Səbail"də də çıxış edib.
Qeyd edək ki, "İmişli" Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü 34 xalla 9-cu pillədə başa vurub.