
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 9-da keçiriləcək "Qarabağ" - "Vestri" matçına neçə bilet satıldığı bəlli olub.
"Köhlənlər"in mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, artıq 16 min 350 bilet alınıb.
Yerli azarkeşlərin biletləri son günlərdə əldə etməyə çalışacaqlarını nəzərə alsaq, tribunalarda boş yerlərin az olacağı gözlənilir.
Xatırladaq ki, iyulun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" – "Vestri" görüşü saat 20:00-da başlayacaq.
Nihat