
"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın "Osiyek" komandası ilə üz-üzə gəlib.
Lendava stadionunda keçirilən matç Xorvatiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Yuri Vernidubun komandası bunadək Serbiya "Partizan"ına 0:1, Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub, Serbiyanın "Radniçi NİŞ" komandasına isə 3:0 hesabı ilə qalib gəlib.