
"Qarabağ"ın yeni transferlərindən olan portuqaliyalı yarımmüdafiəçi Samuel Lobato komandasının "Vestri" üzərində qələbəsi və Avropa arenasında debütü ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu şəxsi "Instagram" hesabında paylaşım edərək Ağdam klubundakı ilk Avropa sınağından məmnunluğunu ifadə edib:
"Qələbə qazandığımız və sinəmdə bu loqo ilə Avropa Liqasında debüt etdiyim üçün çox xoşbəxtəm! Dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirəm"
Qeyd edək ki, gənc yarımmüdafiəçi cari transfer pəncərəsində "Qarabağ"ın heyətinə cəlb olunub.