
Cinah müdafiəçisi Yusif Nəbiyevin yeni iş beri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, son klubu "Səbail" olan 28 yaşlı futbolçu karyerasını 1-ci Liqada davam etdirəcək.
Nəbiyev qarşıdakı "futbol ili"ndə çempionluq uğrunda mübarizə aparacaq MOİK-lə anlaşıb. Tərəflərin 1+1 illik müqavilə bağlayacağı gözlənilir.
Xatırladaq ki, nazirlik komandası son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan klubu hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.
Toğrul