
Son mövsümü 1-ci Liqa təmsilçisi "Səbail"də keçirən qapıçı Rəşad Əzizli karyerasını Misli Premyer Liqasında davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı qolkiper "Kəpəz"lə anlaşıb.
Rəşad hazırda "sarı-göylər"in düşərgəsindədir. Sözügedən klubun yaxın günlərdə onunla müqavilə bağlayacağı dəqiqləşib.
Xatırladaq ki, "Kəpəz" yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşır. Geridə qalan "futbol ili"ndə Gəncə təmsilçisini elitada saxlayan Azər Bağırov isə "Şamaxı"nın baş məşqçi postunda Ayxan Abbasovu əvəzləyib.
Toğrul