
Premyer Liqanın debütantı "Şəfa" növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Maudu Lamine Jarjue ilə 2 illik müqavilə imzalanıb.
28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl "Səbail"in formasını geyinib.
Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın "Jil Visente" klubunda başlayıb. Arxa xətt oyunçusu Avstriyanın "Austria" (Vyana), İsveçin "Elfsborq", Slovakiyanın "Slovan" (Bratislava), Norveçin "Sandefyord" və Şimali Makedoniyanın "Struqa" komandalarında da çıxış edib.
Maudo Lamine Jarjue Qambiya millisində 2 matça çıxıb.