
"Bildiyiniz kimi, "Zaqatala" ilə müqaviləmin müddəti bitmişdi. Dünən rəhbərliklə danışığımız oldu, qalıb işləməyimi istəyirdilər, razılaşmadım".
Bunu Fanat.Az-a açıqlamasında 1-ci Liqada mübarizə aparan bölgə təmsilçisinin baş məşqçi postu ilə vidalaşan Rüstəm Məmmədov deyib.
Pro kateqoriyalı mütəxəssis əlavə edib: "Neçə ildir ki, bu komandanın baş məşqçisiyəm. Hər il eyni ssenari təkrarlanır. Hədəfin olması mənim üçün vacib şərtdir. Digər variantları nəzərdən keçirəcəyəm. İndilik harada işləyəcəyim bilinmir".
Xatırladaq ki, "Zaqatala" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 28 xalla 7-ci yerdə başa vurub.
Nihat