16:48 30.07.2026 735

"Orxus" "Sabah"a ciddi çətinlik yarada bilər, amma..." - Aslan Kərimov

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah" "KuPS"u (1:0, 2:0) üstələyərək növbəti mərhələyə adlayıb. "Bayquşlar" 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi "Orxus" ilə üz-üzə gələcək. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "Sabah"ın Danimarka komandası ilə mübarizəsindən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah"ın gücünü bilirik. Düzdür, hələ formalarının zirvəsinə çatmayıblar. "KuPS"a qarşı ikinci matçdan sonra Azərbaycan çempionunun qol epizodlarını qaçırması bizi narahat etdi. Hücum və ümumi oyun planında yaxşı olsa da, qolları reallaşdırmaq baxımından mövsümün əvvəli olduğundan müəyyən çətinliklər yaşayırlar. 

"Orxus" "Lex"i penalti seriyasında üstələdi. Bu, Danimarka komandasının yüksək hücum potensialı olduğunu göstərir. O cümlədən "Orxus"un polşalılarla birinci görüşdə 4 qol buraxması da müdafiədəki boşluqların nəticəsidir. Rəqib çox qol buraxmasına baxmayaraq, vurmağı da bacarır. Bu cür komandalar təhlükəli olur. Geridönüş etməsi psixoloji cəhətdən hazırlıqlı olmaları anlamındadır. Ümumilikdə Danimarka futbolundan danışsaq, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində "Kopenhagen"ə 2:0 hesabı ilə qalib gəlsə də, ikinci hissədə rəqib çox güclü oyun nümayiş etdirmişdi. Danimarka birinciliyi yüksək səviyyəli çempionatdır. "Orxus" "Sabah"a ciddi çətinlik yarada bilər, amma "Lex"dən 4 qol buraxıblarsa, Azərbaycan təmsilçisinin də fərqlənmək imkanları olacaq. Yəni "Lex" 4 qol vurubsa, "Sabah" da bacarar". 

Qeyd edək ki, tərəflər arasında ilk görüş avqustun 5-də Danimarkada baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Cavab qarşılaşması avqustun 11-də gerçəkləşəcək.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Sentyabr 2026
09:23

"Sabahın Ulduzları": "Neftçi", "Qarabağ" və "Ulduz" yarımfinalda, 4-cü iştirakçı kim olacaq?

09:00

"Şahdağ Qusar"ın baş məşqçisi növbəti qələbəyə köklənib -AÇIQLAMA

02:41

La Liqa: "Real Madrid" 3 xalı 3 qolla qazandı

00:44

Ya 3 qol buraxmalı idi, ya da ailəsi öləcəkdi

15 Sentyabr 2026
23:58

Dünya futbolunda tarixi addım

22:54

AFFA-da yeni təyinatlar reallaşıb

22:20

Mahir yenə rəqib qapısına yol tapdı, amma...

21:47

Kilian Mbappe: "Qızıl top"u qazanmaq üçün yetərincə əsasım var"

21:28

"Öz üzərimizdə işləsək, "Kəpəz" daha yüksək yerlərdə qərarlaşacaq"

20:53

"Bayern" "Qızıl top" yarışında Harri Keyni tam dəstəkləyir

20:12

"Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır

19:41

"İnter" Hakan Çalhanoğlu və Dimarko ilə müqavilələri yeniləyir

19:06

Bruma karyerasını Yunanıstanda davam etdirəcək

18:39

Bakıda AFFA Fitnes C kursu başladı

18:02

Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!

17:40

İlham Yadullayev: "Ümid edirəm ki, "Xankəndi" ilə matçda 3 xal qazanacağıq"

17:22

"Liderlik özünəinamı artırır, amma bunun mənfi tərəfi də var" - "Şirvan"ın baş məşqçisi

17:04

"APL Fantasy": Saatlılı müəllim yenidən "Fanat.Az Liqası"nın qalibi oldu

16:46

Samir Əliyev: "Turan Tovuz" da tezliklə bu "beşliy"ə qoşulacaq"

16:27

"Şəfa"nın müdafiəçisi: "Pis oynamadıq, amma..."

16:03

Aslan Kərimov İngiltərə Premyer Liqasının məşqçiləri ilə eyni tədbirdə

15:44

Hakimlər Komitəsi Tural Qurbanova hamıdan çox güvənir - Hakimliyin mənzərəsi

15:25

"Digərləri "Qarabağ" və "Sabah" qədər stabil oyun nümayiş etdirə bilmirlər" - Aslan Kərimov

15:06

"Komandaların çoxunda müdafiədəki boşluqlar aşkar görünür" - Qəzənfər Abbasov

14:47

"Gəncəbasar"ın baş məşqçisi: "Mingəçevirdən yaxşı nəticə ilə qayıtmaq istəyirik"

14:29

"Zaqatala"nın baş məşqçisi: "Ümid edirəm ki, ağır səfər matçında istədiyimiz nəticəni əldə edə biləcəyik"

14:11

“Araz-Naxçıvan”ı yenidən Azərbaycan millisinin bazasına çevirəcəyik”

13:53

"Bu uşaqlarla çox belə oyunlar çevirmişik" - Cavadov dramatik matçdakı geridönüşü şərh etdi

13:35

"Zirə"nin oyunçusu "Karvan-Yevlax"a transfer olundu

13:16

AFFA "Kəpəz"i cərimələdi

12:59

"Baku Sportinq" üçün təəssüf hissi keçirirəm" - Röyal Nəcəfov

12:40

Derbidəki VAR hakimi ilə bağlı ölçü götürüldü

12:21

"Sabah"dan möhtəşəm start

12:04

Məhsuldar ötürmə müəlliflərinin mübarizəsində üçhakimiyyətlik yarandı - STATİSTİKA

11:48

"Araz-Naxçıvan" 150-yə çatdı

11:32

"Neftçi" və Brenodan rekord göstərici

11:17

"Salahın keçidi Türkiyə futbolunun Avropadakı nüfuzunu daha da artırıb" - Fatih Terim

10:58

Koutinyonun yeni klubu məlum oldu

10:39

Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatıldılar

10:20

Salah karyerasını Yunanıstanda davam etdirəcək

Facebookdan bizi izləməyi unutmayın.
X