20:20 31.07.2026 306

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

AFFA tərəfindən yaradılan “APL Fantasy” layihəsinin rəsmi təqdimat mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, “Radisson Hotel”də təşkil olunan tədbirdə AFFA və Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi, əməkdaşları, Misli Premyer Liqasında çıxış edən klubların rəsmiləri, media nümayəndələri və qonaqlar iştirak ediblər.

Tədbir “APL Fantasy” platformasına həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.
Daha sonra çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev layihənin Azərbaycan çempionatına marağın artmasına töhfə verəcəyini vurğulayıb: “Azərbaycan futbolu üçün əlamətdar gündür.

Premyer Liqamızı daha cəlbedici etmək üçün “APL Fantasy” platformasını təqdim edirik. AFFA-nın İnkişaf Strategiyasının bir parçası olan yeni məhsul uzun müddətdir azarkeşlər tərəfindən gözlənilirdi. İnanırıq ki, bu platforma çempionatımıza əlavə rəng qatacaq, azarkeşlərin oyunlara marağını daha da artıracaq”.

PFL-in texniki-idman direktoru Elgiz Abbasov isə öz növbəsində layihənin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib: “Futbol daim yenilənən idman növüdür. Bu yeniliklər Azərbaycan Premyer Liqasına da uyğunlaşdırılır. Bu gün təqdim olunan “APL Fantasy” azarkeşlərə öz komandalarını qurmaq imkanı yaradacaq. Layihənin həyata keçməsinə görə AFFA rəhbərliyinə və bu təşəbbüsü dəstəkləyən Premyer Liqa klublarına təşəkkürümüzü bildiririk”.
Ardından AFFA-nın əməkdaşı Ziya Əsgərov “APL Fantasy” platformasının funksionallığı, iştirak qaydaları və oyun mexanizmi barədə ətraflı məlumat verib.
Tədbirin sonunda Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünə həsr olunan “Quiz” müsabiqəsi təşkil olunub və qalib AFFA tərəfindən mükafatlandırılıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Sentyabr 2026
11:32

"Neftçi" və Brenodan rekord göstərici

11:17

Salahın keçidi Türkiyə futbolunun Avropadakı nüfuzunu daha da artırıb - Fatih Terim

10:58

Koutinyonun yeni klubu məlum oldu

10:39

Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatıldılar

10:20

Salah karyerasını Yunanıstanda davam etdirəcək

10:01

Qvardiola "Trabzonspor"a "yaşıl işıq" yandırdı

09:43

"Sabahın Ulduzları": "Zirə" ilə "Sabah"dan darmadağınlar - FOTOLAR/NƏTİCƏLƏR

09:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Bunu hər kəs gördü" - İsmayıl Kartal

02:51

La Liqa: "Real Betis" səfərdən 3 xalla dönür

02:04

Premyer Liqa: "Lids" darmadağına sevindi

01:47

Super Liqa: "Fənərbağça" səfərdə xal itirdi

01:17

"Barselona"nın gənc ulduzu üçün 140 milyon avro ödəyəcəklər?

00:54

A Seriyası: "İnter"dən inamlı qələbə

14 Sentyabr 2026
23:58

"Neftçi" ilə vidalaşan təcrübəli yarımmüdafiəçi karyerasını harada davam etdirəcək?

23:13

"Liverpul" ulduzunu satmır

22:32

"Şəfa” öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib" - Zaur Həşimov

22:14

Valdas Dambrauskas "Şəfa" üzərində qələbəni belə şərh etdi

21:25

"Neftçi" Elvin Camalovla yollarını ayırdı

21:12

"Trabzonspor"da yeni baş məşqçi axtarışı

20:53

MPL: "Sabah" darmadağına sevindi

20:11

"İnter" Hakan Çalhanoğlu ilə yeni müqavilə üçün hərəkətə keçir

19:48

"Fənərbağça" Mert Müldürlə müqaviləni yeniləyir

19:11

Marselo Brozoviç "Əl-Sədd"ə transfer olundu

18:40

Super Liqa tarixində Okan Buruk kimisi olmamışdı

18:15

II Liqa: 3-cü tura yekun vuruldu

17:48

Luis Enrike: "Əvvəlki üç çempionat oyunundakından pis oynadıq, amma..."

17:29

"Euro Cup"un qalibi "Sabah"da

17:11

"Landau Lions" ÇL-də mübarizəni dayandırdı

16:53

"Neftçi"də yeni müqavilə

16:35

Məhəmməd Əlini bu etirafa məcbur edən əfsanəvi boksçu vəfat etdi

16:17

"Liverpul" Rayanı rekord məbləğ qarşılığında ala bilər

15:58

Maldini qol vurdu, xəstəxanaya düşdü

15:40

Cəlilov heç-heçəni dəyərləndirdi: "Çempionluğa oynayan komanda ilə qarşılaşdıq"

15:22

Terim Osimhendən danışdı: "Kaş ki, həmin gün olardı"

15:04

Nigeriyalı müdafiəçi Azərbaycan klubuna keçir

14:46

Elman Sultanov getdi - "Mingəçevir"i növbəti oyuna Məmmədov çıxaracaq

14:28

"Sabah"ın "Şəfa" ilə oyuna neçə itki ilə çıxacağı bilindi

14:09

İlham Yadullayev: "Çox təəssüf ki, planımızı həyata keçirə, ilk qolu biz vura bilmədik"

13:50

"Neftçi" ilə matçımız da çətin olacaq" - Bense Varkonyi

Facebookdan bizi izləməyi unutmayın.
X