
1-ci Liqa təmsilçisi "Baku Sportinq"in bir neçə futbolçusuna və bəzi əməkdaşlarına ötən mövsümün son 2 ayının maaşını vermədiyini və həmin oyunçuların AFFA-ya şikayət etməyə hazırlaşdıqlarını diqqətinizə çatdırmışdıq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bakılıların rəhbərliyi artıq futbolçulara olan borcunu ödəyib.
Klubun digər əməkdaşları isə "bir qədər də gözləyin" cavabı alıblar.
Xatırladaq ki, geridə qalan mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü pillədə başa vuran "Baku Sportinq" çalışdırıcısı Röyal Nəcəfov postundan ayrılıb. Komanda qarşıdakı "futbol ili"nə Samir Ələkbərovun rəhbərliyi altında hazırlaşacaq.
Toğrul