
Ötən mövsümü "Karvan-Yevlax"da keçirən müdafiəçi Əli Abdullayevin yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçu hazırda 1-ci Liqa komandası "Mingəçevir"in düşərgəsindədir.
Əli dünən 2-ci Liqa təmsilçisi "Hypers" (Bərdə) ilə yoxlama görüşündə də (3:2) oynayıb.
Qarşıdakı "futbol ili"nin hazırlığına avqustda başlayan "Mingəçevir"i hazırda Elman Sultanov çalışdırır.
Xatırladaq ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək.
Nihat