
Dünyanın ən yaxşı müdafiəçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ESPN-in tərtib etdiyi reytinq respondentlərin 2025/26 mövsümü ilə bağlı səsverməsinə əsaslanıb.
Oyunçuların 2026-cı il dünya çempionatındakı çıxışları nəzərə alınsa da, əsas amil onların mövsümboyu göstərdikləri performans olub. Mövqelərində ən yaxşı olan oyunçula gəlincə, PSJ-nin və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi ilk sırada qərarlaşıb. Fransa nəhənginin digər arxa xətt oyunçusu Nunu Mendeş 2-ci olub. "Üçlüy"ü "Arsenal"ın müdafiəçisi Yurrien Timber qapayıb. "Real Madrid"in yeni transferi, dünya çempionu Mark Kukurelya siyahının 5-ci pilləsində qərarlaşıb.
ESPN-in ən yaxşı 10 müdafiəçisi aşağıdakılardır:
1. Əşrəf Hakimi (PSJ, Mərakeş millisi)
2. Nunu Mendeş (PSJ, Portuqaliya)
3. Yurrien Timber (Arsenal, Niderland)
4. Federiko Dimarko (İnter, İtaliya)
5. Mark Kukurelya (Real Madrid/Çelsi, İspaniya)
6. Denzel Dümfris (Real Madrid/İnter, Niderland)
7. Jül Kunde (Barselona, Fransa)
8. Pyero İnkapie (Arsenal, Ekvador)
9. Aleks Qrimaldo (Atletiko/Leverkuzen, İspaniya)
10. Niko Orayli (Mançester Siti, İngiltərə)