
Bu gün UEFA Çempionlar Liqasında təsnifat mərhələsinin pley-offunda cavab görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın əsas vaxtı 3:2 hesabı ilə bitib. Ümumi hesab 4:4 başa çatıb və qarşılaşmada əlavə vaxt oynanılıb. Burada isə daha 2 qol vuran ölkə təmsilçisi tarix yazaraq Çempionlar Liqasında liqa mərhələsinə vəsiqə qazanıb.
Hər komanda əsas mərhələyə düşdüyünə görə 18.62 milyon avro qazanır.
Hər qələbəyə 2.1 milyon avro əlavə əldə edilir. Heç-heçəyə 700 min avro verilir. Liqa mərhələsindəki yekun sıralamaya görə də əlavə bonuslar olur. İlk 8-likdə bitirənlər əlavə 2 milyon avro, 9–16-cı yerlər isə 1 milyon avro alır.
Əlisahib İbrahimli