
Misli Premyer Liqasında 3-cü tur başlayır.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış günündə 2 görüş baş tutacaq.
Turun ilk matçı Qəbələdə reallaşacaq. Meydan sahibləri "Şamaxı"nı qonaq edəcək. Hər iki komanda ilk iki turda qələbə qazana bilməyib. Bu o deməkdir ki, bölgə təmsilçilərinin duelində tərəflər mövsümdəki ilk zəfərini əldə etməyə çalışacaqlar.
Günün ikinci oyununda debütant "Şəfa" ilə "İmişli" üz-üzə gələcəklər. Bakılılar ötən tur "Qəbələ"yə qalib gəlibsə, bölgə təmsilçisi ilk iki oyunda 1 xalla kifayətlənib.
Qeyd edək ki, tur çərçivəsində “Kəpəz” – “Turan Tovuz” və “Zirə” – “Neftçi” oyunları sabah, “Araz-Naxçıvan” – “Sabah” və “Sumqayıt” – “Qarabağ” qarşılaşmaları isə bazar ertəsi baş tutacaq.
Misli Premyer Liqası
3-cü tur
29 avqust
“Qəbələ” – “Şamaxı” 0:0 (ikinci hissə)
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev.
VAR: Elvin Bayramov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 24. İsmael Akinade 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 2. Aqşin Yaqubov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 19. Xəyyam Məmmədli 30. Cuma Hüseynov 9. Karim Rossi
“Şamaxı”: 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani 8. Teşaqer Dequ
20:15. “Şəfa” – “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Sumqayət. “SOCAR Polymer Arena”.