
Misli Premyer Liqasında 4-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, açılış oyunu Qəbələdə baş tutub. Şəhərin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edib. Matça baş məşqçisiz çıxan "qırmızı-qaralar" mövsümdə ilk dəfə 3 xal sevinci yaşayıb (2:1).
Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Fərid Namazov fikirlərini jurnalistlərlə bölüşüb:
"Rəqibi qalibiyyət münasibəti ilə təbrik edirəm. Oyunun ağır keçəcəyini bilirdik, həftə içi rəqibimizdə məşqçi dəyişikliyi olmuşdu. Adətən yeni məşqçi gəldikdə komanda qeyri ixtiyarı daha istəkli olur taktiki baxımından deməsəkdə fiziki baxımından daha istəkli olurlar, daha çox özlərini göstərməyə çalışırlar. Gözlədiyimiz kimi ilk 15 dəqiqə rəqibin təyziqi altında keçdi əfsuslar olsunki çox epizodlar buraxdıq qapımızın önündə. Məşqçi dəyişikliyi olanda adətən rəqibi analiz etmək çətin olur. 3 ildi eyni taktika ilə meydana çıxır rəqibimiz, inanmırdıqki bu oyunda fərqli taktika ile çıxış etsinler. Bildiyimiz kimi bəzi məsələlər taktika ile deyil indivudal ilə həll olunur.İlk 15 dəqiqədə top buraxdıq, sonradan oyunu bərabərləşdirə bildik. 2-ci hissə daha maraqlı keçdi, əfsuslar olsunki yaxşı oynadığımız vaxtı qapımızda qol gördük.Əlavə olaraq Səlahətində oyununu qeyd etmək istəyirəm. Həqiqətəndə matçda krtik qurtarışlar etdi. Sonda azərkeşlərimizə təşəkkür edirik ki, uzaq yoldan gəlib bizə dəstək oldular."