
1-сi Liqanın 3-cü turunda ilk 2 çempionat oyununda maksimum xal toplayan "Şahdağ Qusar" qonaq qismində "Şimal"ın müqavimətini qırmağa çalışacaq.
Qusar təmsilçisinin cinah müdafiəçisi Mehrac Baxşalı matçla bağlı fikirlərini Fanat.Az-a bölüşüb:
"İlk iki oyunun çətin olacağını bilirdik. İddialı rəqiblərə qarşı çox önəmli qələbələr qazandıq. Amma mövsüm hələ yeni başlayıb, irəlidə çox oyun var. Çempion olub Premyer Liqaya yüksəlməyə hədəflənmişik.
"Şimal" əzmkar, döyüşkən komandadır. Bizi çətin oyun gözləyir. Matça yaxşı hazırlaşmışıq. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirib bu oyunda da 3 xal qazanmaq istəyirik".
Qeyd edək ki, "Şimal" - "Şahdağ Qusar" görüşü Şamaxı OİK stadionunda keçiriləcək. Matçın start fiti 16:30-da səsləndiriləcək.