
Misli Premyer Liqasında 6-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 matç baş tutacaq.
Öncə “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Tovuzda baş tutacaq qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.
“Sabah” isə “İmişli”ni sınağa çəkəcək. Masazırda keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.
Daha öncə keçirilmiş oyunlarda “Qəbələ” – “Neftçi”yə (0:3) uduzub, “Qarabağ” “Şəfa”ya (1:0) qalib gəlib. “Şamaxı” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Sumqayıt” oyunları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
6-cı tur
19 sentyabr
“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı.
VAR: Əli Əliyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:30.
“Sabah” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bank Respublika Arena”, 19:45.