
1-ci Liqa təmsilçisi "Xankəndi" baş məşqçi dəyişikliyi astanasındadır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qarabağ təmsilçisinin rəhbərliyi son turda MOİK-dən alınan məğlubiyyətin (0:2) ardından komandanın çalışdırcısı Zaur Hacıyev ilə vidalaşmaq qərarına gəlib.
Artıq onun yerini hansı mütəxəssisin tutacağı da bəllidir. Bu posta ən real namizəd ötən mövsüm sözügedən çempionatda "Baku Sportinq"in "sükanı arxası"nda olmuş Röyal Nəcəfovdur. Qeyri-adi nəsə baş verməsə, yaxın vaxtlarda Nəcəfovun təyinatı rəsmən açıqlanacaq.
Xatırladaq ki, 3 oyuna 1 xal qazanan "Xankəndi" hazırda 1-ci Liqanın turnir cədvəlində 7-ci pillədə mövqe tutub.
Nihat