
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşmasının biletləri artıq satışdadır.
Fanat.Az xəbər verir ki, azarkeşlər Birbilet.az platforması üzərindən istədikləri sektoru və yeri seçərək biletləri onlayn əldə edə bilərlər.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma oktyabrın 3-də saat 20:00-da start götürəcək.
3, 4, 5 və 6-cı sektorlar “Turan Tovuz”un, 23, 24, 25 və 26-cı sektorlar isə “Fənərbağça”nın fan-klubları üçün ayrılıb.
Qeyd edək ki, 1 saat ərzində 5872 bilet satılıb.