
"Barselona"nın cinah hücumçusu Rafinya zədələnib.
Fanat.Az "Globo"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin yığmasının bu gün Avstriya ilə keçirdiyi yoldaşlıq görüşündə (4:2) sıradan çıxıb.
Matçın 45+1-ci dəqiqəsində penaltidən qol vuran vingerin sağ ombasından xəsarət aldığı üçün əvəzləndiyi diqqətə çatdırılıb.
Cari mövsüm klubunda və Braziliya millisində ümumilikdə 10 oyun keçirən Rafinya 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasında Azərbaycan təmsilçisi "Sabah"ın rəqiblərindəndir. "Bayquşlar" "blauqrana" ilə noyabrın 25-də üz-üzə gələcəklər. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.
Nihat